EN

Tramp: Bizim Hörmüzə ehtiyacımız yoxdur, onun aqibəti boğazdan neft alan ölkələri düşündürsün

“ABŞ-ın Hörmüz boğazından təchizata ehtiyacı yoxdur. Onun vasitəsilə gəmilərin keçməsinin bərpası oradan neft daşınması üçün istifadə edən ölkələrin məsuliyyəti olmalıdır”...

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciəti zamanı bildirib.

"ABŞ Hörmüz boğazından demək olar ki, heç bir neft idxal etmir və gələcəkdə də etməyəcək. Bizim buna ehtiyacımız yoxdur. Hörmüzün aqibəti boğazdan neft alan ölkələri düşündürsün. Hörmüzü onlar ələ keçirməli və qədrini bilməlidirlər. Bunu asanlıqla edə bilərlər. Biz kömək edəcəyik. Amma onlar çox asılı olduqları neftin qorunmasında liderlik etməlidirlər", - o əlavə edib.

Poliqon.info

Chosen
11
7
poliqon.info

8Sources