EN

“Növbəti iki üç həftə ərzində İranı daş dövrünə qaytaracağıq” ABŞ PREZİDENTİ

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ növbəti iki-üç həftə ərzində İrana hərbi zərbələrinin intensivliyini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Amerika xalqına televiziya ilə müraciətində bildirib.

"Növbəti iki-üç həftə ərzində onlara fövqəladə güclə zərbə endirəcəyik, biz onları daş dövrünə qaytaracağıq", - ABŞ administrasiyasının rəhbəri vurğulayıb.

O qeyd edib ki, Vaşinqtonun məqsədi Tehranda hakimiyyət dəyişikliyi deyildi.

"Danışıqlar davam edir. Bizim məqsədimiz hakimiyyət dəyişikliyi deyildi. Lakin bu, onların bütün ilkin liderlərinin öldürülməsi səbəbindən baş verdi. Yeni qrup daha az radikal və daha ağlabatandır. Buna baxmayaraq, bu müddət ərzində heç bir razılaşma əldə edilmirsə, əsas obyektləri əhatə dairəsində saxlayırıq. Razılaşma olmasa, biz onların hər bir elektrik stansiyasına çox güclü və ehtimal ki, eyni vaxtda zərbə endirəcəyik", - Tramp əlavə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
3
azpolitika.info

10Sources