EN

Pezeşkian amerikalılara müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian "X" platformasındakı hesabında ABŞ vətəndaşlarına ingilis dilində müraciət paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, o, müraciətində Tehranın müharibəyə başlamadığını, lakin ona hücum edənlərə qətiyyətlə və cəsarətlə cavab verdiyini bildirib.

Pezeşkian vurğulayıb ki, İran xalqı ABŞ, Avropa və ya qonşu ölkələrin vətəndaşlarına qarşı düşməncəsinə yanaşmır.

O, Fars körfəzi dövlətlərinə zərbələri və İranın müdafiə qabiliyyətini gücləndirməyə davam etdirməsini "qanuni özünümüdafiəyə əsaslanan balanslı reaksiya" adlandırıb./Oxu.az


Telegram kanalımız
Chosen
24
2
yenisabah.az

5Sources