EN

Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini Putinin diqqətinə çatdırıb

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib.

Aznews.az xəbər verir ki, Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.

"Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində, nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir", - Ermənistanın Baş naziri bildirib.

Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərin normallaşmasında mühüm və əsas rolunu vurğulayıb: "Aydındır ki, siz də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz".

Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb.

Chosen
26
50
aznews.az

10Sources