AZ

Bakıdan Moskva görüşünə reaksiya - Paşinyan Rusiyanın təzyiqinə meydan oxudu

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiyanın təsirini neytrallaşdırmaq məqsədi daşıyır. Vladimir Putinin Paşinyanı məsafəli və soyuq qəbul etdi. Yəni səmimiyyət çox aşağı görünürdü.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Deputat vurğulayıb ki, Putin Paşinyana bir çox məsələləri xatırladaraq Ermənistanda seçkiqabağı mühitin gərgin olduğunu, o cümlədən Rusiya pasportu olan və Rusiya yönümlü şəxslərin də seçkidə iştirakı üçün şəraitin yaradılmalı olduğunu bildirdi: “Paşinyan isə Ermənistanda seçkilərin çox demokratik keçdiyini və konstitusiyaya görə parlament seçkilərində ancaq Ermənistan pasportu olan vətəndaşların iştirak edə biləcəyini deməklə məsələyə nöqtə qoydu. Rusiyanın dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq, 11,2 milyrd dolları keçdiyini və bu rəqəmin qonşusu Azərbaycanla olan ticarət dövriyyəsindən 3 dəfə çox olduğunu vurğuladı. Dövlət başçısı dövriyyənin 6.5 milyard dollarının Ermənistandan idxal olunan kənd təsrrüfatı mallarının təşkil etdiyinə diqqət çəkdi. O, həmçinin həm Aİ, həm də AAİ-də olmağın mümkünsüzlyünü xatırlatdı . Həm də Rusiyanın Ermənistana qazı Avropada qiyməti 600 dollardan yuxarı olduğu halda, 177,5 dollara satdığını deməsi lazım gələrsə, iqtisadi təsir imkanlarını işə salacağı ilə bağlı mesaj verdi. Yəni Ermənistanın Reusiyadan asıllı olduğunu diqqətə çatdırdı. Paşinyanın həm Aİ, həm də AAİ ilə əməkdaşlıq etməyin hələ ki, mümkün olduğunu və zamanı gələndə Ermənistan vətəndaşlarının hansı ittifaqda olacağı ilə bağlı qərar verəcəyini bildirməsi iki ölkə arasında ortaq fikirin formalaşmadığını göstərdi”.

Deputat Putinin Qarabağ məsələsi ilə bağlı fikirlərini belə şərh edib: “Putin Praqada Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu tanımasının günahını Paşinyanın üzərinə atmağa çalışsa da, Paşinyan bu addımı atmazdan əvvəl Putinlə iki dəfə məsləhətləşmələrin apardığını yada saldı. Həm də Qarabağla bağlı məsələnin birdəfəlik bağlandığını və Azərbaycanla münasibətlərin inkişaf etməsi ilə bunun müstəqillik dövründə ilk dəfə Rusiya ilə dəmir yolu əlaqəsinin yaranmasına yol açdığını diqqətə çatdırdı. Fikrimcə, Ermənistanla Rusiya mehriban düşmənə çevrilib.

Həm bir-birini buraxmaq istəmirlər, həm də Rusiya Paşinyanın Ermənistanda yenidən seçilməyini qəbul etmək istəmir. Yəni Paşinyanın Putinlə keçirilən görüşündən sonra Rusiyanın öz imkanlarını işə salmaqda israrlı olduğu və seçkilərin çox gərgin keçəcəyi görünür. Paşinyan hələ ki, Rusiyaya “dostuq” deyərək öz işini görür.

Sonda isə Paşinyanın Rusiya ilə münasibətlərin çoxlu sınaqlardan keçdiyini və ikitərəfli münasibətlərin etibarlı tərəfdaşlıq səviyyəsində qalacağını bildirərək qarşıdan gələn seçkilərdə Ermənistanda hökumətin daha da möhkəmlənəcəyini diqqətə çatdırması “müdaxilə etməyin” deməkdir. Bu görüş Ermənistanla Rusiya arasında münasibətləri düzəltmədi, amma idarə olunan gərginlik vəziyyətini qorudu. Həm də seçkilər yaxınlaşdıqca Rusiya faktorunun daha da ön plana çıxacağnı göstərdi”.

Nigar Həsənli
Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr