EN

Rusiya qondarma “lnr” i 3 cü dəfə necə “azad edib”? Müdafiə Nazirliyi “qələbə raportu” verməyə səbəb tapa bilmir

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Rusiya Müdafiə Nazirliyi qondarma “Luqansk Xalq Respublikası”nın (Ukraynanın Luqansk vilayəti-red) "azad edildiyi" barədə məlumat yayıb. Rusiya tərəfinin bu məlumatı Qərb və Ukrayna mətbuatında, eləcə də sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

Məsələ ondadır ki, Rusiya artıq birinci dəfə deyil ki, Luqanskın işğal edildiyini bəyan edir. Hələ 2014-cü ildə bu vilayətdə Rusiyanın tam dəstəyilə başlanan separatçı və terrorçu hərəkat nəticəsində Luqansk şəhəri də daxil olmaqla, onun ərazisinin 35 faizi Rusiya tərəfindən işğal olunmuşdu. 

2022-ci ilin fevralında başlayan böyük işğalçılıq müharibəsi nəticəsində həmin ilin iyun və iyul aylarında Ukrayna qoşunları vilayətin Severodonetsk və Lesiçansk kimi nisbətən iri şəhərlərini tərk etmək məcburiyyətində qalmışdı. Bununla da Rusiya demək olar bütünlükdə Luqansk vilayətini işğal etmişdi. 

Qalan yalnız adı da heç yerdə çəkilməyən bir neçə kiçik kənd və meşəlik ərazi idi. Son zamanlar həmin ərazidə hər hansı döyüş əməliyyatı aparıldığı barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq, Rusiya tərəfi növbəti dəfə vilayətin tam işğal olunduğunu bəyan edir.

Görünür, bu da ondan irəli gəlir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusilə də Kupyanskdakı biabırçı məğlubiyyətdən və Zaporojye vilayətində əhəmiyyətli ərazilərdən çəkilməyə məcbur olmasından sonra “qələbə raportu” verəcək heç bir səbəbi, nailiyyəti yoxdur.

Beləliklə, Rusiya azı 3-cü dəfədəir ki, Luqanskı “azad edib”. Birinci dəfə bu, 2022-ci ilin yayında baş verib. 2-ci dəfə 2025-ci ilin iyun ayında qondarma “respublika”ya Rusiyanın təyin etdiyi başçı Leonid Paseçnik “lnr”-in bütün ərazisinin artıq Rusiyanın nəzarəti altına keçdiyini bəyan etmişdi. Bu gün isə Rusiya Müdafiə Nazirliyi yenidən elan edir ki, vilayət "tamamilə azad edildi". Beləliklə, “dünyanın ikinci ordusu” sübut edir ki, eyni ərazini lazım gəlsə, sonsuza qədər “azad edə bilər”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
azpolitika.info

1Sources