EN

Bahar Lətifqızının efirdə göz yaşları sel oldu VİDEO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, müğənni Kamil Sərməsov yol qəzası nəticəsində vəfat edib.

Milli.Az-ın məlumatına görə, efir proqramlarının birində qonaq olan müğənni Bahar Lətifqızı dünyasını dəyişən həmkarı və dostu ilə bağlı duyğusal anlar yaşayıb.

Belə ki, veriliş zamanı süni intellekt vasitəsilə hazırlanmış Kamil Sərməsovun görüntüsü nümayiş olunub. Bu kadrları izləyən Bahar Lətifqızı göz yaşlarını saxlaya bilməyib.

Studiyada kövrək anlar yaşanıb, sənətçinin emosional reaksiyası izləyiciləri də təsirləndirib. Həmin görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
1
news.milli.az

2Sources