EN

O Prius bizə gəlmişdi, ya yox? Arvadını qapıdakı maşına görə döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sabirabad rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 28-də rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Səid həmin gün saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları evdə arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.Aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı qəsdən arvadını yumruqla baş, kürək və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Samirə ilə 2023-cü ildə ailə qurub və birgə nikahdan Səlim adlı oğlu olub:“Məlum hadisə günü, təxminən saat 19 radələrində Qaradağ rayonundan yaşadığım kəndə gəldim. Həmin vaxt yol kənarında kafedə çörək yeyib, spirtli içki qəbul etdim. Sonra oradan duraraq öz yaşadığım evə getdim. Təxminən saat 22 radələrində küçədə “Toyota Prius” markalı avtomobilin çıxmasını gördüm. Sonra evə daxil oldum və arvadımdan avtomobilin onun üçün gəlib-gəlmədiyini soruşdum. Arvadım isə mənə kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla onun sol kürəyinə, başına və sol ayağına vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Samirə digər otağa gedib, telefonu götürmək istəyən zaman təkrar yumruqla onun kürəyinə və bədənin müxtəlif nahiyyələrinə vurub:“Samirə qışqıra-qışqıra həyətə qaçdı. Qışqırmasın deyə onun üz nahiyyəsinə şillə ilə vurdum. Bu zaman dırnağım onun burnunu və üzünü cırdı. Bundan sonra səs-küyə qonşuluqda yaşayan qardaşım Səməd gəldi. O, mənə Samirəni döydüyüm üçün irad bildirdi və məni sakitləşdirdi”.Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 5.1-ci bəndi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources