EN

Sifarişli daşımalarda yeni tələblər qüvvəyə minib: təhlükəsizlik standartları sərtləşdirilib

Bakı.Trend:

Azərbaycanda sifarişli sərnişin və yük daşımalarındatəhlükəsizliyin artırılması məqsədilə yeni tələblər qüvvəyəminib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, son dövrlər qeyri-müntəzəm daşımalar sahəsindəbaş verən qəzaların artması bu dəyişiklikləri zəruri edib. Belə ki,ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsiz yük avtomobiliminik maşınının üzərinə aşıb, dekabrda Sahil qəsəbəsində qanunsuzsərnişindaşıma ilə məşğul olan avtobus qəzaya düşüb, Şəmkirdə isəişçiləri daşıyan mikroavtobus su kanalına aşıb. Bu hadisələr insantələfatı və xəsarətlərlə nəticələnib.

Mütəxəssislər qəzalara əsas səbəb kimi nəqliyyat vasitələrinintexniki nasazlığını, sürücülərin iş və istirahət rejiminə əməletməməsini və nəzarət mexanizmlərinin zəifliyini göstərir.

Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” qanunatəsdiqlədiyi dəyişikliklər məhz bu sahədə təhlükəsizlik və xidmətkeyfiyyətinin artırılmasına yönəlib.

Yeni qaydalara əsasən, sifarişli sərnişindaşıma fəaliyyəti iləməşğul olmaq istəyənlər üçün əlavə tələblər müəyyən edilib. Bunlarasürücülərin narkotik vasitələrin təsiri altında olmaması barədətibbi rəy, reysqabağı texniki və tibbi müayinələr, xüsusi hazırlıqkurslarının keçilməsi və imtahan verilməsi daxildir.

Eyni zamanda, sərnişinlərin fərdi qəza sığortası, daşıyıcılarınmülki məsuliyyət sığortası və sürücülərin icbari sığortası da tələbolunur. Sürücülər üçün minimum yaş həddi 21, sürücülük təcrübəsiisə ən azı 2 il müəyyən edilib və müvafiq kateqoriya üzrə sürücülükvəsiqəsi tələb olunur.

Qeyd edilib ki, reysqabağı tibbi və texniki müayinə tələbiistisna olmaqla, digər yeni sənədlər hazırda aktiv icazəsi olandaşıyıcılara şamil edilmir və yalnız bu fəaliyyətə yeni başlayanşəxslərə aid edilir.

Qanunvericiliyə əsasən, sifarişli sərnişin və yük daşımaları iləməşğul olan şəxslər mütləq şəkildə buraxılış vəsiqəsi və buraxılışkartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü NəqliyyatAgentliyi tərəfindən 7 il müddətinə verilir və ödənişsizdir.

Müraciətlər elektron qaydada “AYNA” informasiya sisteminin“Daşıyıcılar” altsistemi üzərindən həyata keçirilir.

Bildirilib ki, icazə olmadan daşımaların həyata keçirilməsiinzibati məsuliyyət yaradır.

Chosen
71
4
az.trend.az

5Sources