Bahar Muradova Fatimə Eyyubun uğurunu yüksək qiymətləndirərək onun əldə etdiyi nailiyyətlərin gənc qadınlar üçün motivasiya olduğunu, xüsusilə, özünəinamlı və güvənli gənclərin bu prosesdə fəal iştirakına stimul verdiyini deyib. Komitə sədri “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı, bacarıqlı və idarəetmə keyfiyyətlərinə malik kadrların üzə çıxarılması və inkişafında mühüm rol oynadığını vurğulayıb. Bahar Muradova Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu müsabiqənin insan kapitalının inkişafında mühüm rolunu qeyd edərək seçilən savadlı və gələcəyə inamlı gənclərin cəmiyyətin və dövlətin inkişafına töhfə verdiklərini qeyd edib. Bildirib ki, bu platforma yalnız bilik və bacarıqları deyil, həm də iradə, məsuliyyət və cəmiyyətə fayda vermək istəyini ön plana çıxarır.
Görüş zamanı mentinin peşəkar inkişafı, potensialının daha da gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ətrafında, eyni zamanda Mentorluq Proqramı çərçivəsində atılacaq növbəti addımlarla bağlı səmərəli müzakirələr aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


