EN

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

90deqiqe.Az AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Chosen
15
11
90deqiqe.az

10Sources