EN

İlon Maskın atası Moskvaya heyran qalıb: Burada gördüklərim inanılmazdır

İlon Maskın atası Errol Mask Qərbdə artıq “itmiş” hesab etdiyi bir sivilizasiyanı məhz Moskva şəhərində kəşf etdiyini deyib.

Publika.az xəbər verir ki, o, bu barədə Rusiya Federasiyası Ticarət və Sənaye Palatasında biznes ictimaiyyətinin nümayəndələri ilə görüşündə danışıb.

Errol Mask bildirib ki, Rusiya səfəri onun əvvəlki təsəvvürlərindən tamamilə fərqli olub. Şəhərin təmizliyi, xidmət səviyyəsi və insanların münasibəti onun xüsusilə diqqətini çəkib.

Mask qeyd edib ki, səfərdən əvvəl Rusiya və paytaxt Moskva haqqında əsasən mənfi fikirlər eşitsə də, gördükləri bu təsəvvürləri dəyişib.

Chosen
18
publika.az

1Sources