Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 1 apreldə keçirilən brifinqdə İrana humanitar yardımın çatdırılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.
“Cebheinfo.az” bu barədə Rusiya mətbuatına istinadən yazır. O bildirib ki, Rusiya ABŞ və İsrailin hücumlarına məruz qalan İrana dəstəyini davam etdirir.
Zaxarovanın sözlərinə görə, ötən ayın sonunda Bakının köməyi ilə İran-Azərbaycan sərhədinə qatarla 300 mindən çox dərman gətirilib.
Bir az sonra Dağıstandan Asturaya təxminən 150 ton humanitar yardım gedib.