EN

İki mindən çox abonent qazsız qalacaq

Ajans.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, Qaracəmilli ortatəzyiqli qaz xəttində, eləcə də həmin xətdən ayrılan qollarda qazsızmaları aşkar edilib. Problemlərin aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılması planlaşdırılıb.

İşlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təchizatı dayandırılacaq.

Chosen
14
Ajans.az

1Sources