EN

​Ən küsəyən 5 bürc

Bəzi bürclər emosiyalarını daha dərindən yaşayır və kiçik hadisələrə belə həssas reaksiya verə bilirlər. Bu bürclər tez inciyir, amma eyni zamanda barışmağa da həvəslidirlər. Münasibətlərdə diqqət və anlayış onlar üçün daha vacibdir.
Metbuat.az ən küsəyən 5 bürcü təqdim edir. BalıqlarBalıqlar çox duyğusal və kövrək bürcdür. Kiçik söz və davranışlardan belə inciyirlər. Onlar düşünülmüş diqqət və qayğını öz üzərlərində hiss etdikdə daha rahat olurlar. Balıqların incikliyi uzun müddət davam edə bilər. Bu bürc altında doğulanlarla ehtiyatlı davranmaqda fayda var. ƏqrəbƏqrəb bürcü hisslərini gizlətməyi sevir, amma incikliyi unutmur. Onlar qarşı tərəfdən səmimiyyət və dürüstlük gözləyir. Əqrəblər uzun müddət küskün qala bilər, xüsusilə xəyanət və yalana qarşı həssasdırlar. Onlarla barışmaq üçün anlayış və səbir tələb olunur.ŞirŞirlər diqqət və dəyər gözləyən bürcdür. Laqeyd münasibətdən və tənqiddən asanlıqla inciyirlər. Onlar etibar və hörmət hiss etdikdə daha rahat olurlar. Şirlər küsəndə, bunu hiss etdirməkdə çox açıq olurlar. İstəyirlər ki, qarşı tərəf onların incidiyini bilsin və üzrxahlıq etdin. XərçəngXərçənglər çox emosional və ailəyə bağlı bürcdür. Kiçik anlaşılmazlıqlar belə onları incidir. Onlar üçün yaxın münasibətlərdə qarşılıqlı qayğı və dəstək əsas şərtdir. Xərçənglər incikliyini tez unutmur və uzun müddət özlərinə qapanırlar. Əkizlər

Əkizlər dəyişkən xarakterə malikdir. Onlar tez inciyir, amma bəzən asanlıqla barışa da bilirlər. Əkizlər üçün açıq ünsiyyət və səmimiyyət münasibətləri qorumaqda əsasdır. Küskünlük onlar üçün qısa müddətli olsa da, anlaşılmazlıq yarandıqda narahat olurlar.

Chosen
53
50
metbuat.az

10Sources