EN

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya İrana humanitar yardımın çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Turkustan.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mariya Zaxarova brifinq zamanı açıqlama verib.

O bildirib ki, Rusiya İranda əhalinin humanitar vəziyyətini nəzərə alaraq yardımlarını davam etdirir.

Diplomatın sözlərinə görə, ölkə əhalisi hər gün İsrail və ABŞ tərəfindən həyata keçirilən hava zərbələrinə məruz qalır.

Zaxarova xatırladıb ki, martın 27-də Astara şəhərində, İran-Azərbaycan sərhədində ikinci böyük dərman partiyasının təhvil verilməsi baş tutub. Dəmir yolu vasitəsilə 300 tondan artıq dərman preparatı bölgəyə çatdırılıb.

Eyni gün Dağıstan Respublikası tərəfindən toplanmış təxminən 150 ton humanitar yardım da yük maşınları ilə Astaraya gətirilib.

“Azərbaycan hakimiyyətinə göstərilən dəstəyə görə minnətdarıq”, – deyə Zaxarova vurğulayıb./Bizim.Media

Chosen
22
8
turkustan.az

10Sources