Bakı.Trend:
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilanrayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığışəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.
Hadisə ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq Azərbaycan AvtomobilYolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hadisə qeydəalınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub,əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiztəşkili təmin edilib.
"Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəbkanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yolyatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativtədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədiləaidiyyəti quruma dərhal məlumat verilib.
Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanınaradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlaratılır", - qurumdan əlavə olunub.
Xəbər yenilənəcək