EN

Aprel ayı üçün namaz vaxtları - TƏQVİM

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) aprel ayı üçün namaz vaxtlarının təqvimini tərtib edib.

Ölkə.Az xəbər verir ki, bu ay həm Şəvval, həm də Zilqədə aylarının günlərini əhatə edir.

Aprel ayı ərzində günlərin uzanması ilə əlaqədar olaraq sübh namazının vaxtı saat 05:01-dən 04:10-dək tezləşir, axşam namazının vaxtı isə 19:20-dən 19:51-dək uzanır.

Bundan əlavə, təqdim olunan təqvimdə xüsusi qeyd olunan mühüm günlər - 13 aprel (25 Şəvval): Həzrət İmam Cəfər Sadiqin (ə) şəhadəti, 28 aprel (11 Zilqədə): Həzrət İmam Rzanın (ə) mövludu (doğum günü) qeyd olunub.

Namaz vaxtları Bakı saatı ilə verilib. Digər bölgələrdə bu vaxt Bakıdan aşağıdakı dəqiqə fərqləri ilə tətbiq olunur:

561508

Ağdam +11
Astara +2
Gəncə +14
Qazax +19
Quba +6
Lənkəran +3
Saatlı +7
Sabirabad +5
Şamaxı +6
Şəki +12
Xaçmaz +10
Yevlax +11
Naxçıvan +17
Göyçay +8
Zaqatala +14

Chosen
26
olke.az

1Sources