EN

Trampın NATO ilə bağlı mesajı təsadüfi deyil



Trampın ölkəsinin NATO-dan ayrılması ilə bağlı və bu tip mesajlar göndərməsi təsadüfi deyil və həmçinin bu açıqlamaları emosional çıxışlar hesab etmək olmaz. Bu açıq şəkildə strateji siqnaldır və heç şübhəsiz ki arxasınca və irəlidə ciddi siyasi addımların atılması gözlənilir. Bu mesajın məhz indiki vaxtda səsləndirilməsi əlbətdə ki ABŞ-ın yürütdüyü siyasətə qarşı gələn Avropa İttifaqı ölkələrinin tutduğu mövqe ilə daha çox əlaqəlidir. Bu mesajı da Avropaya növbəti təzyiq aləti olaraq qiymətləndirmək olar. Avropa ölkələri NATO daxilində kifayət qədər maliyyə və hərbi kontingentə sahib olmadığını nəzərə alsaq və Trampın NATO-da xərclərin böyük hissəsini ödəməkdən imtina etmək xəttini dəfələrlə önə çəkməsi, əsas verir ki deyək, ABŞ NATO-dan çıxarsa, NATO-nun dağılma ehtimalı yüksək olacaq. Bunun baş verməməsi üçün Avropanın NATO-ya ciddi rəqəmdə pul ödəməsi Tramp tərəfindən şərt olaraq irəli sürülməkdədir. Riskli bəyanatdır, amma müttəfiqləri hərəkətə gətirmək üçün diplomatik addımdır. Tramp xarici xərcləri azaldaraq kifayət qədər ölkəsinin kassasına pul yığa bilən siyasətçidir və indiki addım da məhz bu istiqamətdə yürütdülən siyasətin davamıdır. Burda həmçinin Avropaya subsidiya verilməsinə də son, mesajı var. Trampın bu ritorikası daxildə çox bəyənilir və seçici bazası üçün kifayət qədər sanballı manevrdir. Həmçinin Rusiya və Çinə yönəlik , NATO daxilində parçalanma siqnalı və ABŞ prioritetlərini dəyişə bilər mesajını verir. Ola bilər ABŞ yeni oyun qurmağa cəhd edir və hər kəs bilir ki, ABŞ NATO-dan çıxarsa, bu dünya üçün qlobal hadisələrə səbəb ola bilər və belə bir vəziyyətdə NATO kağız üzərində qalır. Doğrudur, Avropa buna qarşı hərbiləşir, xüsusilə də Almaniya və Fransa öz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi kontingentini artırır və hərbi sistemlərini qururlar. Bu gələcəkdə Avropa ordusu ideyasını da reallaşdıra bilər. Bütün bunlara rəğmən, Şərqi Avropa ölkələri Rusiya tərəfindən təhlükə ilə üzbəüz qalacaq və Rusiya bu ölkələrə qarşı təsir imkanlarını artırmağa çalışacaq. Turkiyənin qolun qanadın açar və Türkiyə regional güc olaraq müstəqil dövlət siyasətini qurar. Bütün bu ehtimalları nəzərə alaraq demək olar ki, NATO-nun dağılması zəif ehtimaldır, ancaq bu istiqamətdə transformasiya gözlənilir. NATO daxilində parçalanma və fərqli bloklaşmalar yarana bilər. Bu da daha çox formal dağılma yox, funksional dağılma deməkdir.

Çingiz Şahbazi, siyasi ekspert
Chosen
39
6
newscenter.az

10Sources