Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha cəlbedici müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Salary Leaks" yayıb.
Mənbənin məlumatına görə, sözügedən klub misirli ulduzu illik 100 milyon dollarlıq anlaşmaya razı salmağa çalışır. Oyunçunun təklifi qəbul edib-etməyəcəyi hələlik məlum deyil. Salahın 2015-ci ildən 2017-ci ilə qədər - iki mövsüm keçirdiyi və daha sonra "Liverpul"a keçdiyi "Roma"ya qayıtmaq variantı da var. O, "Əl-İttihad"la müqavilə imzalasa, 33 yaşlı vinger superulduz Kriştianu Ronaldudan sonra dünyanın ikinci ən çox qazanan futbolçusu olacaq. "Əl-Nəsr"in portuqaliyalı hücumçusu ildə 200 milyon dollar qazanır.
Məhəmməd Salah bu yaxınlarda cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Müqaviləsinin müddəti 2027-ci ilə qədər olsa da, o, yayda komandadan azad agent kimi ayrılacaq.
Mirağa