EN

Starmer NATO-ya sadiqliyini təsdiqləyib

Böyük Britaniyanın Baş naziri Kir Starmer xarici təzyiqlərə və siyasi bəyanatlara baxmayaraq, yalnız ölkənin milli maraqları çərçivəsində hərəkət edəcəyini bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ölkənin NATO-dan çıxa biləcəyi barədə fikirlərini şərh edən Starmer bu təşkilatın dünyanın ən effektiv hərbi ittifaqı olaraq qaldığını və onilliklərlə iştirakçılarının təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

"Birincisi, NATO dünyada indiyə qədər mövcud olmuş ən effektiv hərbi alyansdır, o, onilliklər boyu təhlükəsizliyimizi təmin edib və biz NATO-ya tam sadiqik", - o bildirib.

Britaniya hökumətinin rəhbəri əlavə edib ki, göstərilən təzyiqlərə və bütün səs-küyə baxmayaraq, o, Böyük Britaniyanın milli maraqlarına əsaslanaraq qərarlar qəbul edəcək.

Bununla yanaşı, o əlavə edib ki, Böyük Britaniya Yaxın Şərqdəki münaqişəyə cəlb olunmayacaq:

"Məhz buna görə də mən tam aydın şəkildə bildirdim ki, bu, bizim müharibəmiz deyil və biz ona qarışmaq niyyətində deyilik".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. O, öz qərarını NATO-nun İsrail və ABŞ-nin İrana qarşı əməliyyatına qoşulmaması ilə izah edib.

Chosen
9
2
bakivaxti.az

3Sources