EN

Türkiyə millisinin mundiala vəsiqəyə görə qazancı

Türkiyə millisinin 24 ildən sonra dünya çempionatına vəsiqə qazanması ölkəyə həm böyük sevinc, həm də ciddi maliyyə gəliri gətirib.

Msport.az xəbər verir ki, “ay-ulduzlular” turnirə qatıldıqları üçün artıq milyonlarla dolları təmin ediblər.

FIFA DÇ-2026 üçün ümumi mükafat fondunu 50% artıraraq rekord həddə – 727 milyon dollara çatdırıb.

Turnirə vəsiqə qazanan Türkiyə yığması 10.5 milyon dollar məbləğində pulu artıq öz hesabına yazdırıb. Bu məbləğə 1.5 milyon dollar hazırlıq xərcləri və qrup mərhələsində iştiraka görə verilən 9 milyon dollar daxildir.

 

Mərhələlərə görə mükafatların bölgüsü:

Çempion: 50 milyon dollar

Finalçı: 33 milyon dollar

Üçüncü yer: 29 milyon dollar

Dördüncü yer: 27 milyon dollar

1/4 final: 19 milyon dollar

1/8 final: 15 milyon dollar

1/16 final: 11 milyon dollar

Qrup mərhələsi: 9 milyon dollar

 

Türkiyə millisi D qrupunda mübarizə aparacaq və ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək.

Chosen
21
4
msport.az

6Sources