AZ

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə futbol millisinin 24 ildən sonra Dünya Çempionatına vəsiqə qazanması ölkəyə həm böyük sevinc, həm də ciddi maliyyə gəliri gətirib. "Ay-ulduzlular" turnirə qatıldıqları üçün artıq milyonlarla dolları təmin ediblər.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, FIFA DÇ-2026 üçün ümumi mükafat fondunu 50% artıraraq rekord həddə - 727 milyon dollara çatdırıb.

Turnirə vəsiqə qazanan Türkiyə yığması 10.5 milyon dollar (17.85 milyon AZN) məbləğində "ayaqbasdı" pulunu artıq öz hesabına yazdırıb. Bu məbləğə 1.5 milyon dollar hazırlıq xərcləri və qrup mərhələsində iştiraka görə verilən 9 milyon dollar daxildir.

Mərhələlərə görə mükafatların bölgüsü:

Çempion: 50 milyon dollar (85 milyon AZN)
Finalçı: 33 milyon dollar (56.1 milyon AZN)
Üçüncü yer: 29 milyon dollar (49.3 milyon AZN)
Dördüncü yer: 27 milyon dollar (45.9 milyon AZN)
1/4 final: 19 milyon dollar (32.3 milyon AZN)
1/8 final: 15 milyon dollar (25.5 milyon AZN)
1/16 final: 11 milyon dollar (18.7 milyon AZN)
Qrup mərhələsi: 9 milyon dollar (15.3 milyon AZN)

Türkiyə millisi D qrupunda mübarizə aparacaq və ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək. Xatırladaq ki, 2002-ci ildəki bürünc medaldan sonra bu, Türkiyənin dünya birinciliyində üçüncü iştirakı olacaq.

Seçilən
0
4
musavat.com

6Mənbələr