EN

Bodrumda qayıq batdı - 19 nəfər öldü

Türkiyənin Muğla bölgəsinin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 19 qanunsuz miqrant həyatını itirib, 20 nəfər isə xilas olunub. Ölənlər arasında bir körpə də var.

Hadisənin səbəbləri hələ məlum deyil. Qəza baş verən əraziyə sahil mühafizə qrupları göndərilib. 

Xilas olunan 20 nəfər isə tibbi müayinəyə cəlb olunub və vəziyyətlərinin sabit olduğu bildirilir.

Seyranə QuliyevaMissiya.Az

Chosen
49
missiya.az

1Sources