İran Hörmüz boğazına nəzarəti saxlasa, dünya bunu ABŞ-nin strateji məğlubiyyəti kimi qəbul edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Dünya ictimaiyyəti İranla münaqişənin necə başa çatacağını yaxından izləyir. Məlumatda vurğulanır ki, əgər qarşıdurma İranın Hörmüz boğazı üzərində nəzarəti saxlamağı ilə nəticələnsə, bu, beynəlxalq arenada ABŞ-ın strateji məğlubiyyəti kimi qiymətləndiriləcək.
Ekspertlərin fikrincə, ABŞ-nin boğazı nəzarətsiz qoyması və ya İranın bu mühüm strateji nöqtəyə sahibliyini davam etdirməsi, Vaşinqtonun bölgədəki nüfuzuna ciddi zərbə vuracaq və ABŞ-nin qlobal güc balansındakı mövqeyini zəiflədəcək.
Xuraman Etibarlı
İnterpress.az