EN

TRAMPDAN YENİ ANONS: “2 3 həftəyə İrandan çəkiləcəyik” Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil

ain.az, Mia.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp İranla müharibəni nə vaxt bitirəcəyi barədə sualı cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən tədbirdə danışıb.

İrandakı liderləri devirdiklərini və bir növ "rejim dəyişikliyi" həyata keçirdiklərini növbəti dəfə təkrarlayan Tramp bildirib ki, artıq İranda həll ediləcək o qədər də böyük işləri qalmayıb: "Biz artıq İranda rejim dəyişikliyini həyata keçirmişik. Bir rejimi devirdik, sonra ikinci rejimi devirdik. İndi isə çox fərqli bir qrup insan var. Düşünürəm ki, onlar daha ağılı və praqmatik insanlardır. Qaldı İrandakı müharibəni nə vaxt bitirəcəyinə, hesab edirəm, iki-üç həftəyə. Sonra oradan geri çəkiləcəyik".

Donald Tramp İranın qapatdığı Hörmüz boğazı ilə bağlı ötən gün NATO üzrə mütəffiqlərinə xəbərdarlığını da yeniləyib: “ABŞ-ın Hörmüz boğazı ilə heç bir əlaqəsi və ya aslılığı yoxdur. Bu, neftə ehtiyacı olan ölkələri maraqlandırmalıdır. Biz dediyim kimi, İrandan çox tezliklə ayrılacağıq. Əgər Fransa və ya başqa bir ölkə neft və ya təbii qaz əldə etmək istəyirsə, Hörmüz boğazından keçməli və öz başlarına çarə qılmalıdırlar. Bu, bizim problem deyil. Təkrar edirəm, ABŞ İranda istədiyinin çoxunu etdi. İran nüvə silahına sahib olmasının qarşısını almaq kimi əsas məqsədə də çatdıq…”

Samir MUSAYEV

MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
mia.az

1Sources