EN

Meksikada cərimə meydançasında güclü yanğın oldu - 700-dək avtomobil yandı/ VİDEO

BAKI, 1 aprel. TELEQRAF

Meksikanın Akapulko şəhərində yerləşən cərimə meydançasında güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində alov 700-ə yaxın avtomobili məhv edib.

Yanğının söndürülməsi prosesinə yerli fövqəladə hallar xidmətləri ilə yanaşı, Texasın San-Markos şəhərindən olan mütəxəssislər və ştat hökuməti cəlb olunub.

Hazırda yanğının 90%-i nəzarət altına alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Chosen
54
teleqraf.com

1Sources