EN

Azərbaycanda müntəzəm mövsüm başa çatdı, “Savah” qazandı, o, meydanı xərəkdə tərk etdi

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki,XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma "bayquşlar"ın 105:72 hesablı qələbəsi ilə bitib.

A qrupunun oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda "Abşeron Lions"un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

Turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.

Beləliklə, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və B qrupunun birincisi "Ordu" kollektivi birbaşa play-offa (1/4 final) vəsiqəni təmin ediblər.

1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 finalda ən tez iki qələbə qazanacaq komandalar 1/4 finala yüksələcəklər. Oyunlar apreldə start götürəcək.

Chosen
31
1
sportinfo.az

3Sources