EN

Bizim Mariya 250 nəfərə ustad dərsi keçdi - VİDEO

Azərbaycanın qadın güləşi üzrə U-17 millisi Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, yığmanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində yeniyetmə güləşçilər üçün ustad dərsi keçib.

O, master-klasda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.

Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.

Komandamız Avropa çempionatına hazırlıq üçün növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.

Chosen
24
sportinfo.az

1Sources