EN

İtaliya ardıcıl 3 cü dəfə DÇ dən kənarda qaldı VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində daha iki final oyunu keçirilib.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Çexiya Danimarkanı (2:2; p. 3:1), Bosniya və Herseqovina isə İtaliyanı (1:1; p. 4:1) penaltilər seriyasında məğlub edərək finala vəsiqə qazanıblar.

Digər matçlarda Türkiyə Kosovonu 1:0, İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə ediblər. Bununla da Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Xatırladaq ki, İtaliya millisi 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarına da vəsiqə qazana bilməmişdi. Beləliklə, onlar ardıcıl üçüncü dəfə DÇ-dən kənarda qaldılar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
globalinfo.az

10Sources