EN

İraq və Konqo DR rəsmən Dünya çempionatında

Futbol üzrə dünya çempionatında iştirak edəcək son 2 komanda da müəyyənləşib.

Apasport.az xəbər verir ki, onların adlarına pley-off matçlarından sonra aydınlıq gəlib.

Konqo Demokratik Respublikası Yamayka ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Afrikalılar Aksel Tuanzebenin vurduğu topla mundiala vəsiqə qazanıblar - 1:0.

İraq isə Boliviya ilə üz-üzə gəlib. Oyunda hesabı Asiya təmsilçisi açıb. Lakin çox keçmədən hesab bərabərləşib. İkinci hissədə Ayman Hüseyinin vurduğu top isə həlledici olub - 1:0.

Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Ayxan Abbasov: “Çalışacağıq ki, Millətlər Liqasının qalibi olaq”

Elvin Cəfərquliyev ən yaxşı seçildi

Raxmonaliyevin millisindən qələbə

“Sumqayıt”ın futbolçusu millidə növbəti matçına çıxdı

Millimizin heyəti açıqlandı

Chosen
49
1
apasport.az

2Sources