EN

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Türkiyə istehsalı olan "Kuruluş Orhan" serialı ilə bağlı gözlənilməz dəyişiklik baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bozdağ Film tərəfindən ərsəyə gətirilən layihənin yeni mövsüm üçün daha əvvəl verilmiş təsdiqi ləğv olunub.

Bildirilir ki, bu qərarın verilməsinə səbəb istehsal şirkəti ilə serialın yayımlandığı kanal arasında yaranan maliyyə anlaşmazlıqlarıdır. Məhz bu problemlər səbəbindən layihənin davamı ilə bağlı planlar hələlik dayandırılıb.

Qeyd olunur ki, serialın gələcək taleyi ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Hüseyn
Milli.Az

Chosen
30
2
milli.az

3Sources