EN

Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazandı

Türkiyə millisi dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin final mərhələsində Kosovo ilə qarşılaşıb.
 
Moderator.az xəbər verir ki, “Fadil Vokrri” stadionunda baş tutan qarşılaşma Vinçenso Montellanın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
FIFA referisi Maykl Oliverin idarə etdiyi görüşdə yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub.
 
Beləliklə, Türkiyə millisi 24 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Sonuncu dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyanın ev sahibliyi etdiyi mundialda iştirak edən və turniri üçüncü pillədə başa vuran Türkiyə yığması, həmin tarixdən bəri bu yarışdan kənarda qalıb.
 
D qrupunda yer alan Türkiyə millisinin rəqibləri ABŞ, Paraqvay və Avstraliyadır. Komandanın oyunlarının 13 iyun 2026-cı ildə Avstraliyaya, 19 iyunda Paraqvaya, 25 iyunda isə ABŞ-yə qarşı keçirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
 
 
Chosen
35
2
moderator.az

10Sources