EN

Kamçatkada Şiveluç vulkanı püskürüb



Kamçatka diyarındakı Şiveluç vulkanı dəniz səviyyəsindən 7,7 kilometr yüksəkliyə kül püskürdü. Bu barədə Rusiya Elmlər Akademiyasının Federal Geofiziki Tədqiqatlar Mərkəzinin Kamçatka şöbəsi məlumat verib.

"Seysmik məlumatlara görə, dəniz səviyyəsindən təxminən 7700 metr yüksəklikdə yerləşən Şiveluç vulkanında kül püskürməsi baş verib", - deyə məlumatda bildirilir.

Şiveluç Kamçatkada yerləşən aktiv vulkandır və qədim kaldera olan Köhnə Şiveluç vulkanı və 60.000-70.000 yaşı olan aktiv Gənc Şiveluç vulkanından ibarətdir. O, Ust-Kamçatski rayonunun Klyuçi kəndindən təxminən 50 km və Petropavlovsk-Kamçatskidən 450 km məsafədə yerləşir
Chosen
80
6
newscenter.az

7Sources