EN

İran bölgədəki ABŞ şirkətlərini hədəf alacaq

İran bölgədəki ABŞ şirkətlərini hədəf alacaq

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkəyə qarşı həyata keçirilən hücumlara cavab olaraq aprelin 1-dən etibarən bölgədəki ABŞ şirkətlərini hədəf alacaqlarını bəyan edib.

AFN.az xəbər verir ki, qurumun açıqladığı siyahıda aralarında "Microsoft", "Google", "Apple", "Intel", "IBM", "Tesla" və "Boeing"in də olduğu 18 iri şirkətin adı yer alıb.

Bəyanatda bildirilib ki, sözügedən şirkətlər aprelin 1-i, çərşənbə günü Tehran vaxtı ilə saat 20:00-dan başlayaraq İranda törədiləcək hər bir hücuma qarşılıq olaraq müvafiq bölmələrinin məhv edilməsini gözləməlidirlər.

SEPAH həmçinin iddia edib ki, bu texnologiya nəhəngləri hədəflərin müəyyənləşdirilməsi və izlənilməsində əsas rol oynayırlar, buna görə də həmin müəssisələrin əməkdaşlarına canlarını qorumaq üçün dərhal iş yerlərini tərk etmək tövsiyə olunub.

Chosen
47
afn.az

1Sources