EN

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Axşam radələrində Zaqatala şəhəri ərazisində iki avtomobilin toqquşması ilə qəza baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Vaz-2107” və “Vaz-2109” minik avtomobillərinin toqquşması nəticəsində  rayonun Yuxarı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Əziz Kərimov və Muxax kənd sakini, 1968-ci il təvəllüdlü Ramazan Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
bizim.media

10Sources