EN

Ağdamda bıçaqlanan qız Bakıya göndərilib

Bakı. Trend:

Ağdamda bıçaqlanma hadisəsi nəticəsində xəsarət alan qız Bakıyagöndərilib.

Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə zamanı rayon sakini LeylaCəfərova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarlaAğdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindəona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.

Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə vəmüalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakıixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilibki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlitörətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramovsaxlanılıb.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi hələlikməlum deyil. Faktla bağlı araşdırma aparılır.

Chosen
25
az.trend.az

1Sources