EN

Ankarada Cümhuriyyət Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin paytaxtı Ankaranın Keçiören bələdiyyəsi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə bağlı həmrəylik nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, martın 31-də Keçiörendə yerləşən Cümhuriyyət Qülləsində Azərbaycanın üçrəngli bayrağı əks etdirilib.

Bu addım Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ildönümündə dəstək və başsağlığı ifadəsi kimi qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
oxu.az

2Sources