EN

Məhəmməd Salahın "Bayern"ə transferi təkzib olundu

Misir milli komandasının direktoru İbrahim Hassanın Məhəmməd Salah barədə verdiyi açıqlama futbol dünyasında geniş əks-səda doğurub.

Fanat.Az xəbər verir ki, "Winwinallsports"un məlumatına görə, Hassan ulduz futbolçunun yayda "Liverpul"dan azad agent kimi ayrılacağını və "Bayern" ilə PSJ-dən təkliflər aldığını eşitdiyini bildirib.

Lakin bu iddialara cavab gecikməyib və "Bayern"in idman direktoru Maks Eberl jurnalist İsmayıl Mahmuda açıqlamasında bu xəbərləri qəti şəkildə təkzib edib.

Eberl "Bavariya"nın misirli hücumçu üçün heç bir rəsmi təklif irəli sürmədiyini xüsusi vurğulayıb.

Beləliklə, Salahın karyerasını Almaniyada davam etdirəcəyi ilə bağlı yayılan şayiələrə son qoyulub.

Chosen
22
1
fanat.az

2Sources