EN

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb FOTO

ain.az bildirir, Apa.az portalına istinadən.

Naxçıvanda yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı "Niva" markalı avtomobillə "Daewoo Nexia" markalı avtomobil toqquşub.

Xəsarət alanlar - 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
9
apa.az

10Sources