EN

Ukrayna İsraildən iş adamı Timur Mindiçi təhvil verməsini istəyir

Ukrayna Baş prokurorunun ofisi adı korrupsiya işində hallanan iş adamı Timur Mindiçin ekstradisiyası ilə bağlı İsrail Ədliyyə Nazirliyinə sorğu göndərib.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukraynanın Baş prokurorunun ofisinin mətbuat katibi Maryana Qayevskaya-Kovbasyuk bildirib.

O əlavə edib ki, Baş prokurorun ofisi və NABU birlikdə 24 cildlik istintaq işini tamamlayıb və İsraildə yaşayan Mindiçin təhvil verilməsi ilə bağlı sorğu göndərib.

Chosen
37
3
apa.az

4Sources