EN

Yağışda avtomobil nömrəsi itənlər nə etsin?

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtda yağan güclü yağışlardan sonra bir sıra küçə və prospektlərdə avtomobillərin dövlət qeydiyyat nişanlarının suya düşərək itdiyi halları artıb.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə son günlər bu mövzu ilə bağlı paylaşımların çoxalması problemin kifayət qədər geniş yayıldığını göstərir.

Bəzi sürücülər itirdikləri nömrələri tapmaq üçün elanlar yerləşdirir, digərləri isə məsələ ilə bağlı rəsmi qurumlara müraciət etməli olurlar. Qaydalara əsasən, dövlət qeydiyyat nişanı itdikdə və tapılmadıqda eyni nömrə kombinasiyasının yenidən verilməsi mümkün deyil. Bu səbəbdən sürücü əvvəlcə nömrənin itməsi və ya oğurlanması faktını dəqiqləşdirmək üçün ərazi üzrə polis şöbəsinə müraciət etməlidir.

"Yol hərəkəti haqqında" Qanunun 29-cu maddəsinə görə, əgər itmiş və ya oğurlanmış nömrə sonradan tapılarsa, ilk növbədə onun son sahibinə təqdim olunur.

Lakin nömrə tapılmadığı halda sürücüləri daha çətin və vaxt aparan prosedur gözləyir. Belə vəziyyətdə avtomobil üçün tamamilə yeni dövlət qeydiyyat nişanı alınmalı, eyni zamanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yəni texniki pasport da yenilənməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
6
olke.az

7Sources