EN

ADA-dan Imperial-a: Nübar Cəbrayılın qlobal uğuru

ADA Universitetinin beynəlxalq münasibətlər tələbəsi Nübar Cəbrayıl, QS World University Rankings reytinqinə görə dünyanın ən yaxşı 2-ci universiteti olan Imperial College Londona qəbul olub.

Milli.Az xəbər verir ki, o, Ətraf Mühit Texnologiyaları proqramından Ətraf Mühit İqtisadiyyatı və Siyasəti ixtisası üzrə təklif alıb. Bu proqram Təbiət Elmləri Fakültəsindədir və Ətraf Mühit Siyasəti Mərkəzi tərəfindən təklif olunur. İmperialın bu mərkəzi tədqiqat təsirinə görə Böyük Britaniyada 1977-ci ildən bəri ətraf mühit tədqiqatları sahəsində qlobal liderdir.

Bakı Oksford Məktəbinin məzunu Nübar Cəbrayıl ADA Universitetini qırmız diplomla bitirir. O, həmçinin Xarici İşlər Nazirliyi daxil olmaqla bir neçə yüksək səviyyəli təcrübə keçib və ADA Universitetində çalışıb. O Fransada siyasi elmlər üzrə təhsil alıb və tədqiqatı 2025-ci ildə İngiltərənin University College London universitetində keçirilən məşhur konfransda (XI ICCEES World Congress) təqdim olunub. 

O, beş dil bilir və İELTS nəticəsi 9 üzərindən 8.5-dir. 

Nübar ətraf mühit iqtisadiyyatı və siyasətinə dərin maraq göstərir və gələcəkdə Azərbaycanın ətraf mühit iqtisadiyyatı üzrə tədqiqat aparmaq istəyir.

Milli.Az

Chosen
6
3
milli.az

7Sources