EN

Allergiyası olanların nəzərinə: Açıq havada bu qaydalara əməl edin

Allergiya mövsümündə açıq havada təhlükəsizliyi qorumaq üçün bir sıra vacib qaydalara əməl olunmalıdır.

Publika.az xəbər verir ki, bu barədə allerqoloq Ten Myunq Su “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, bu dövrdə xəstələr məsələyə hərtərəfli yanaşmalıdırlar. Onun sözlərinə görə, həkim tərəfindən təyin olunan müalicəni gündəlik tətbiq etməklə yanaşı, tozcuq səviyyəsini mütəmadi izləmək, xüsusilə parklar, bağlar və meşəlik ərazilər kimi riskli məkanlardan uzaq durmaq tövsiyə olunur.

Həkim əlavə edib ki, açıq havada olarkən burun filtrlərindən və günəş eynəklərindən istifadə etmək allergenlərin təsirini azaltmağa kömək edir.

Ten Myunq Su vurğulayıb ki, aktiv həyat tərzinə üstünlük verən allergiya xəstələri bu mövsümdə daha diqqətli olmalıdırlar. Onun sözlərinə görə, tozcuq dövründə intensiv fiziki fəaliyyət qoruyucu tədbirlərin effektivliyini azalda bilər.

Chosen
21
publika.az

1Sources