EN

Azərbaycan və Türkiyə biznes tərəfdaşlığının təşviqini müzakirə edib

Azərbaycan və Türkiyə arasında biznes tərəfdaşlığının təşviqi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkiyənin "Fiba Holdinq"inin nümayəndələri ilə görüşümüzdə biznes tərəfdaşlığının təşviqini və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etdik. Bərpaolunanenerji və infrastruktur layihələrində, həmçinin enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanlarını dəyərləndirdik", - nazir vurğulayıb.

Chosen
20
7
fed.az

8Sources