EN

BƏƏ-dən Ermənistana gedən konteyner daşıyan yük maşını İranda atəşəTUTULDU

Birləşmiş Ərəb Əmirliklərindən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən Norduz keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib.

Məlumata görə, mərmi düşən zaman sürücü hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.

Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl Yerevana aparılıb və hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır.

Aminə ŞAHSUVARQIZI

Chosen
41
3
redaktor.az

6Sources