EN

ABŞ liderindən bəzi ölkələrə SƏRT ULTİMATUM: Daha sizi müdafiə etməyəcəyik

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləməkdən imtina edən ölkələrin maraqlarını qorumaq üçün artıq yardım göstərməyəcəyini bəyan edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "TruthSocial" şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu ölkələr cəsarət toplamalıdırlar, çünki onlar özlərini sərbəst şəkildə müdafiə etməyi öyrənməli olacaqlar.

"ABŞ artıq sizə kömək etmək üçün yanınızda olmayacaq, necə ki, siz bizim yanımızda deyildiniz", - deyə ABŞ lideri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
oxu.az

2Sources