EN

Şəkidə yaşayış evində partlayış oldu, iki nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

Chosen
2
19
publika.az

10Sources