EN

Rasim Balayevin yerinə təyinat nə vaxt baş tutacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədr Ümumi qurultayda seçiləcək”.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.

Chosen
43
7
konkret.az

10Sources