Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia edilir.
Milli.Az xəbər verir ki, Minbaşı kəndi sakini bildirib ki, göbələk yığmaq məqsədilə yaşıllıq sahəyə getdikdə yulğunların qurudulmuş vəziyyətdə olduğunu görüb. Onun sözlərinə görə, bütün yulğunlar kəsilib və dibinə benzin tökülərək məhv edilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, fakt hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır və araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Asya
Milli.Az